2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilmiş Gəncədə gənclər təşkilatlarının sərgisi açılacaq

12:18 21 Yanvar 2015
282 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 21 yanvar, AzərTAc 
2016-cı il üçün Avropanın Gənclər Paytaxtı elan olunmuş Gəncədə hazırlıq məqsədilə qeyri-hökumət təşkilatlarının, gənclər evlərinin, klubların və biznes yönümlü təşkilatların iştirakı ilə sərgi təşkil ediləcək.
AzərTAc xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər gənclər və idman baş idarəsinin və “Gənc Liderlər” Təhsil-Təlim və İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək sərginin əsas məqsədi gənclərlə işləyən təşkilatların fəaliyyətini təbliğ etmək, korporativ sosial məsuliyyət mövzusunda gəncləri maarifləndirilmək və onların ictimai-könüllü fəaliyyətə cəlb olunmalarını stimullaşdırmaqdır.
Sərgidə hər bir təşkilat üçün guşələr ayrılacaq, həmin guşələrdə iştirakçılar öz fəaliyyətlərini əks etdirən bukletlər, kitablar, həmçinin uğurlu layihələrini təqdim edəcəklər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2016_ci_il_uchun_Avropa_Gencler_Paytaxti_sechilmis_Gencede_gencler_teskilatlarinin_sergisi_achilacaq-826298

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR