Davos forumu başlayır

Davos forumu başlayır
12:21 21 Yanvar 2015
113 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Davos Ümumdünya İqtisadi Forumu başlayır. Forum yanvarın 24-nə kimi davam edəcək. Bu ilki iclasın mövzusu “Yeni qlobal şərtlər”dir.

ANS PRESS-in məlumatına görə, foruma 40 dövlət və hökumət başçısının, o cümlədən 100 ölkədən 2500-dən çox iştirakçının qatılacağı gözlənilir.

Türkiyədə 6 illik fasilədən sonra forumda nazirlər səviyyəsində təmsil ediləcək. Foruma qatılacaq qrupda Baş nazirin köməkçisi Ali babacan, Avropa Birliyi naziri Volkan Bozkır, maliyyə naziri mehmet Şimşek, enerji və təbii sərvətlər naziri Taner Yıldız olacaq.

Zirvə toplantısında neftin qiymətindəki kəskin ucuzlaşma, Çindəki iqtisadi azalma, Paris hücumları, Ebola virusu və Avropanın iqtisadi vəziyyəti müzakirə ediləcək.

Davosda müzakirəyə çıxarılacaq məsələlərdən biri də Yaxın Şərq və Ukraynadakı vəziyyət olacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=320891

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR