Nazirlik qanunsuz ov edənləri cəzalandırdı

12:23 21 Yanvar 2015
91 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc 
“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yanvarın 15-dən 19-dək növbəti reydlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Siyəzən rayonunun Xəzər dənizi sahilində keçirilmiş reyd zamanı qanunsuz ov edənlər saxlanılıblar. Siyəzən rayonunun Yenikənd kənd sakini Rüstəm Əliyevdən 1 ov tüfəngi və 1 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub. Həmin ərazidə növbəti reyd zamanı isə qanunsuz ov edən naməlum şəxsdən 1 ov tüfəngi və 2 patron götürülüb. Qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Siyəzən Rayon Polis Şöbəsinə müraciət edilib.
Samux rayonu ərazisində ovla məşğul olan Gəncə şəhər sakini Telman Rəhimov 1 ov tüfəngi və 5 patron götürülüb, qanun pozucusu 1000 manat məbləğində cərimə olunub.
Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində 4 nəfər naməlum şəxs saxlanılaraq onlardan 4 ov tüfəngi götürülüb və barələrində akt tərtib edilib. Sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edilib.
Reydlər davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nazirlik_qanunsuz_ov_edenleri_cezalandirdi-826303

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR