Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır

Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır
12:23 21 Yanvar 2015
142 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
ABŞ-ın “Global Firepower” araşdırma mərkəzi dünyanın ən güclü ordularının siyahısını tərtib edib. Siyahıda Azərbaycan ordusu da yer alır.
AzərTAc “Global Firepower”in saytına istinadla xəbər verir ki, 106 ölkənin yer aldığı reytinq siyahısında Azərbaycan ordusu 50-ci yerdədir.
Siyahı hazırlanarkən orduların quruda, havada və dənizdə adi silahlardan istifadə imkanları, həmçinin ölkənin malik olduğu iqtisadi resurslar və coğrafi vəziyyət əsas götürülüb.
Ümumilikdə, 50 amil əsasında tərtib olunan siyahıya ABŞ ordusu başçılıq edir. İkinci yerdə Rusiya, üçüncü yerdə Çin ordusudur.
Azərbaycan Rumıniya, Belarus, Gürcüstan, Qazaxıstan, Portuqaliya, Macarıstan, Kolumbiya, Yunanıstan kimi ölkələri geridə qoyub. Ermənistanın adı isə ümumiyyətlə siyahıya düşməyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ordusu_dunyanin_en_guclu_50_ordusu_sirasindadir-826302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR