Azərbaycanlı müğənni: "7 ildir Kənanla evliyəm, məni kəşf edə bilməyib"

Azərbaycanlı müğənni: "7 ildir Kənanla evliyəm, məni kəşf edə bilməyib"
12:24 21 Yanvar 2015
412 Şou
Ölkə mətbuatı
A- A+

“Kənanı həyat yoldaşım olduğ üçün tərifləmirəm, onun mənfi xüsusiyyətləri də çoxdur”. Bu sözləri rejissor Kənan M.M-in həyat yoldaşı müğənni Aygün Mahmudova deyib.

 

A.Mahmudova “Gün üzü” verilişində ailə həyatından danışıb: “Kişilər özlərini ideal saymasınlar. Mən ailədə çox səbirli qadınam. Mənim kimi səbirli qadın olmalıdır ki, ailəni qoruyub, saxlaya bilsin. Ailədə kişi necə olursa, qadında elə olur. Onun xarakterlərini mənimsəyir. Artıq 7 ildir ki, ailəliyəm. Hələ də həyat yoldaşım mənim xarakterimi kəşf edə bilməyib. Qadın belə olmalıdır. Tam xarakterini 1-2 ilə kişiyə göstərməməlidir. Qadının içi o qədər zəngin olmalıdır ki, kişi onu tanımamalıdır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190963

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR