Obamadan Putinə gözdağı (VİDEO)

Obamadan Putinə gözdağı (VİDEO)
12:26 21 Yanvar 2015
211 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama ABŞ Konqresi qarşısında ənənəvi çıxışını edib.

ANS TV-nin məlumatına görə, prezident çıxışı zamanı ölkə xarici siyasətinin mühüm mövzularına toxunub. Nitqində Ukraynadakı vəziyyət, İŞİD qruplaşaması ilə mübarizə, İrana qarşı sanksiyalar, ABŞ- Kuba əlaqələrinin bərpası kimi mövzulara toxunan Barak Obama ABŞ-ın dünyadakı liderliyini qoruyub saxladığını bildirib. O, Ukrayna ilə bağlı məsələ barəsində danışarkən ABŞ-ın öz gücünü qoruduğunu, Rusiyanın isə böyük iqtisadi zərbələrə məruz qaldığını açıqlayıb.

“Ötən il, biz öz müttəfiqlərimizlə birgə sanksiyaların tətbiq olunması üzrə çalışanda, mən bir çox insanlardan eştdirdim ki, cənab Putinin aqressiyası düşünülmüş strategiya və güc nümayişidir. Amma bu gün, elə alınıb ki, Amerika öz müttəfiqləri ilə birgə qüvvətlənib. Rusiya isə təcrid olunub və iqtisadiyyatı parça-parça olub”, - deyə Obama bildirib.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320932

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR