[ 25 Dekabr 2014 19:05 ]
Bakı – APA. Rusiya Federasiyası İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, Y. Yevkurovun məktubunda deyilir:
”Hörmətli İlham Heydər oğlu, Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm. Bu gün Siz Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında müsbət dəyişikliklərin təmin olunması, xalqınızın rifahının yüksəldilməsi üçün maksimum səylər göstərərək, regionda sülhün və sabitliyin möhkəmlənməsinə kömək edirsiniz. Əminəm ki, Sizin yüksək peşəkarlığınız, çoxillik iş təcrübəniz, vəzifə məsuliyyəti hissiniz nəzərdə tutduğunuz məqsədlərə çatmağınıza imkan verəcək. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm”.
Azərbaycan prezidentini həmçinin Moldovanın sabiq prezidenti Vladimir Voronin, “Rusneft” Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev və Rusiya Federasiyasının Qəhrəmanı, Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov təbrik ediblər.