"Erməni idmançılara qalib gəlməyimiz..."

"Erməni idmançılara qalib gəlməyimiz..."
21:05 18 İyun 2015
143 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda mən və qardaşım Yaşar bu yarışlarda erməni idmançılara qalib gəldik. Bu bizim üçün böyük uğurdur.

Trend xəbər verir ki, bunu bu gün Bakı-2015 birinci Avropa Oyunlarının sərbəst güləş yarışlarında 61 kq çəki dərəcəsində Azərbaycana bürünc medal qazandıran pəhləvanımız Hacı Əliyev deyib.

Avropa Oyunları mükafatçısının sözlərinə görə, o, çempion ola bilməsə də, bürünc medal onun üçün pis nəticə deyil: "Sevinirəm ki, medalsız qalmadım. Xalqımızın qarşısında erməni idmançıya qalib gəlməyim elə mənim üçün böyük uğurdur. İnşallah, qarşıdan gələn yarışlara, xüsusən də dünya çempionatına hazırlaşacağıq. Çalışacağıq ki, burada buraxdığımız səhvləri orada buraxmayaq və qızıl medalı qazanaq".

O, yarımfinalda rus idmançıya uduzmağının səbəblərini açıqladı: "Bundan əvvəl rus idmançı ilə güləşmişdim və qalib gəlmişdim. Amma sağlamlığımda müəyyən problemlər olduğuna görə, xüsusən dizimdən zədə aldığıma, həm də xəstəliklə bağlı problem olduğuna görə halsızlıq var idi. Bu da özünü görüşdə göstərdi. Çalışacağam ki, dünya çempionatında bunun əvəzini çıxım".

H.Əliyev qazandığı medalı bütün Azərbaycan xalqına, ölkə başçısı İlham Əliyevə, ailə üzvlərinə və ona dəstək olan tamaşaçılara həsr etdiyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR