x
Loading...

"Azercell"in sabiq prezidenti Moldovanı "başsız" qoydu

"Azercell"in sabiq prezidenti Moldovanı "başsız" qoydu
20:06 18 İyun 2015
81 Digər
Ölkə mətbuatı
A- A+
.

Keçən həftə istefa verən Kiril Qaburiç yeni hökumət formalaşana qədər Moldovanın baş nazirinin vəzifələrini icra etməkdən imtina edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Kiril Qaburiç “Facebook” səhifəsində yazıb.

Qaburiç qeyd edib ki, artıq öz qərarı barədə ölkə prezidentini məlumatlandırıb.

Moldavanın sabiq baş naziri qərarını belə izah etməyə çalışıb ki, vəzifədə qalıb siyasi dividentlər almaq istəmir.

Onun sözlərinə görə, istefası yeni hökümətin formalaşmasının tezləşdirməlidir.

Bu gün Moldova parlamenti rəsmən hökumətin istefasını qəbul edib. İndi dövlət başçısı baş nazirin səlahiyyətlərinin müvəqqəti icraçısını təyin etməlidir.

Baş nazirin istefası onun təhsili haqqında sənədləri ətrafında qalmaqalla bağlıdır.
Yerli KİV Qaburiçın diplomunun saxta olduğunu iddia etmişdi.

Qeyd edək ki, Kiril Qaburiç 2012-2014-cü ildə "Azərcell" prezidenti olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=351738

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR