Bu qidanı imsak süfrənizdən əskik etməyin

Bu qidanı imsak süfrənizdən əskik etməyin
21:12 18 İyun 2015
259 Maraqlı
Ölkə mətbuatı
A- A+

Oruc tutarkən çətinlik çəkməmək üçün imsak vaxtı tox tutan qidalar yemək lazımdır. Məhz bu lazımlı qidalardan biri də yumurta hesab edilir. Dietoloqlar Ramazan ayında yeyilə biləcək ən mühüm faydalı qidalardan birinin yumurta olduğunu deyir. Çünki protein qaynağı olan yumurta adamı daha çox tox saxlayır. Odur ki, imsakda 1 yumurta yeməniz mütləqdir. 

Milli.Az lent.az-a istinadən bildirir ki, Ramazan ayında az yediyimizdən bədənimizin bəzi qidalara olan ehtiyacını ödəmək çətinləşir. Ancaq imsakda yeyilən 1 ədəd yumurta bu ehtiyaclarımızın bəzilərini qarşılamış olur. Yumurta A, D, E vitaminləri, tiamin, niacin, riboflavin, dəmir, sink, fol turşusu, fosforla zəngindir.
Ancaq yumurta yeyərkən də bəzi qaydalara əməl etməlisiniz. Sosiska, kolbasa kimi duz nisbəti yüksək qidalarla bişirilən yumurta susuzluğu daha çox artırar. Yağda bişirilmiş yumurtanı da yeməyin. Qaynamış, mümkünsə yarı çiy halda yeyin.
 
İmsak süfrəniz üçün bəzi nümunələr təqdim edirik:
 
2 dilim ağ pendir
1 ədəd qaynamış yumurta
3-4 ədəd quru ərik
3-4 dilim buğda çörəyi
Xiyar + pomidor
 
Axşam yatmadan əvvəl isə 1 stəkan yağlı qatıq, 1 ədəd ortaboy banan yeyə bilərsiz.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/351185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR