Türkiyəli güləşçi: Belə mötəbər yarışda bürünc mükafatçı olmaq da yaxşı nəticədir

Türkiyəli güləşçi: Belə mötəbər yarışda bürünc mükafatçı olmaq da yaxşı nəticədir
21:13 18 İyun 2015
52 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 18 iyun, Rəşad İsmayılov, AZƏRTAC 
Azarkeşlərin Türkiyə idmançılarına verdikləri dəstək inanılmazdır. Azərbaycan güləşçiləri ilə bizə heç bir fərq qoymurlar. Qazandığım uğurda onların payı çoxdur. Özümü evdəki kimi hiss etdim.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ilk Avropa Oyunlarının bürünc medalçısı, türkiyəli güləşçi Elif Jalə Yaşılırmaq deyib.
Rəqiblərindən danışan E. J. Yaşılırmaq belə yüksək səviyyəli yarışa zəif idmançının gəlmədiyini deyib: “Odur ki, rəqiblərimin hamısı güclü idi”.
Hədəfinin qızıl medal olduğunu diqqətə çatdıran türkiyəli idmançı belə mötəbər yarışda bürünc qazanmağın da yaxşı nəticə olduğunu söyləyib.
"Ölkəmə bu dəfə bürünc medal qazandıra bildim. Amma gələcəkdə daha yaxşı nəticələr əldə edəcəyimdən əminəm", - deyə güləşçi bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyeli_guleschi_Bele_moteber_yarisda_burunc_mukafatchi_olmaq_da_yaxsi_neticedir-865079

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR