Bakı-2015: Güləşçi Camaləddin Maqomedov bürünc medal qazanıb

21:17 18 İyun 2015
50 İdman
Ölkə mətbuatı
A- A+

[ 18 İyun 2015 21:15 ]

Bakı-APA. Azərbaycanın sərbəst güləş üzrə yığmasının üzvü Camaləddin Maqomedov bürünc medal qazanıb.

Apasport.az saytının məlumatına görə, o,bürünc medal uğrunda slovakiyalı Soslan Qaqloyevlə qarşılaşıb və son görüşünü qələbə ilə başa vurub. Maqomedov rəqibini 7:2 hesabı ilə məğlub edərək, bürünc medala yiyələnib.

 

Bu medal yığmamızın 27-ci mükafatı olub.

 

Avropa və dünya çempionatının mükafatçısı Camaləddin Maqomedov ilk görüşünü Yonas Rudaviçiusa (Litva) qarşı keçirib. Güləşçimiz döyüşün taleyini ilk hissədəcə həll edib. Rəqibi üzərində təmiz qələbə qazanan (10:0) Maqomedov 1/8 finalda türkiyəli Taha Akgüllə qarşılaşıb. Təəssüf ki, görüşdən rəqib üstün ayrılıb - 5:2.

 

Akgül finalda iştirak hüququ qazandığından Maqomedov təsəlliverici görüşlərə qatılıb. Robert Baranla (Polşa) güləşən Camaləddin təmiz qələbə (11:0) sayəsində növbəti mərhələyə adlayıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387721

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR