x
Loading...

Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Türkiyədə yay məktəbində iştirak edəcəklər

20:23 18 İyun 2015
122 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) iki tələbəsi iyunun 29-dan iyulun 10-dək Türkiyənin Atatürk Universitetində təşkil olunan yay məktəbində oxumaq hüququ qazanıb.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, bu ali təhsil ocağının tələbələri tədris proqramına uyğun planlaşdırılan dövrdə turizm, marketinq, menecment fənlərindən dərs deyən müəllimlərin mühazirələrini dinləyəcək, Ərzurum və Qara dəniz sahillərinə turlarda iştirak edəcəklər.
Qeyd edək ki, Atatürk Universitetində ingilis dilində fəaliyyət göstərən yay məktəbində indiyədək ATMU-nun 10 tələbəsi iştirak edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Turizm_ve_Menecment_Universitetinin_telebeleri_Turkiyede_yay_mektebinde_istirak_edecekler-865082

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR