Bakı-2015: Güləşçilərimizdən daha bir bürünc medal

Bakı-2015: Güləşçilərimizdən daha bir bürünc medal
20:24 18 İyun 2015
48 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın sərbəst güləş üzrə yığmasının üzvü Camaləddin Maqomedov bürünc medal qazanıb.

Apasport.az saytının məlumatına görə, o,bürünc medal uğrunda slovakiyalı Soslan Qaqloyevlə qarşılaşıb və son görüşünü qələbə ilə başa vurub. Maqomedov rəqibini 7:2 hesabı ilə məğlub edərək, bürünc medala yiyələnib.

 

Bu medal yığmamızın 27-ci mükafatı olub.

 

Avropa və dünya çempionatının mükafatçısı Camaləddin Maqomedov ilk görüşünü Yonas Rudaviçiusa (Litva) qarşı keçirib. Güləşçimiz döyüşün taleyini ilk hissədəcə həll edib. Rəqibi üzərində təmiz qələbə qazanan (10:0) Maqomedov 1/8 finalda türkiyəli Taha Akgüllə qarşılaşıb. Təəssüf ki, görüşdən rəqib üstün ayrılıb - 5:2.

 

Akgül finalda iştirak hüququ qazandığından Maqomedov təsəlliverici görüşlərə qatılıb. Robert Baranla (Polşa) güləşən Camaləddin təmiz qələbə (11:0) sayəsində mərhələ adlayıb. O, bürünc medal uğrunda slovakiyalı Soslan Qaqloyevlə qarşılaşacaq. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206273

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR