Ermənistanda elektrik enerjisinin qiyməti qalxıb

Ermənistanda elektrik enerjisinin qiyməti qalxıb
21:27 18 İyun 2015
202 Digər
Ölkə mətbuatı
A- A+

Avqustun 1-dən Ermənistan istehlakçıları istifadə etdikləri 1 kub metr elektrik enerji üçün 16 faiz artıq ödəməli olacaqlar.
Ermənistan Elektrik Şəbəkələri (EEŞ) şirkətinin ərizəsini qismən təmin edərək, İctimai Xidmətlərin Tənzimlənməsi üzrə Komissiya (İXTK) elektrik enerjisi tarifini təxminən 7 dram artırılmasının lehinə səs verib. EEŞ tarifləri 17 dram artırmaq üçün müraciət etmişdi.
Milli.Az BBC-yə istinadən bildirir ki, beləliklə Ermənistan istehlakçıları gündüz saatlarında istifadə edilən 1 kilovat elektrik enerji üçün 48,78 dram (təxminən 10,3 cent), gecə saatları üçün - 38,78 dram ödəməli olacaqlar.
Komissiyanın iclası İXTK binası önündə etiraz aksiyası ilə müşayiət olunub. Aksiya iştirakçılarının "Talana son qoyun!", "Ar olsun!" çağırışları və şüarları ilə iclas zalına daxil olmaq cədlərinin qarşı xüsusi polis dəstələri tərəfindən alınıb.
İXTK qərarı elan olunduqdan sonra komissiya binası istiqamətində yumurta və pomidor atmağa başlayan bir neçə gənc tutulub polis şöbələrinə aparılıb, lakin 2-3 saatdan sonra sərbəst buraxılıblar.
Hakim Respublikaçılar Partiyasından başqa əksər siyasi və ictimai təşkilatlar elektrik enerjisi tarifinin artırılması ilə bağlı narahat olduqlarını bildiriblər.
Məsələnin Milli Məclisdə müzakirəsi zamanı qeyri-hökumət parlament fraksiyaları EEŞ şirkətinin öz "yaramaz menecmenti ucbatından" əmələ gəlmiş borclarının ödənilməsini "əhalinin boynuna" qoyulmasına qarşı çıxışları və şirkətin fəaliyyətinin təftiş edilməsi tələbləri bir nəticə verməyib.
İctimai fəallar əhalini etiraz və itaətsizlik aksiyaları ilə bütün əsas ərzaq və məişət mallarının bahalaşmasına gətirəcək elektrik enerji tarifinin artırılmasına yol verməməyə çağırır.
Ötən ayın sonunda fəalların təşəbbüsü ilə keçirilən izdihamlı mitinq və yürüşə müxtəlif ictimai və siyasi təşkilatlar da birləşmişdi.
Növbəti mitinq və yürüş cümə günü, iyunun 19-na təyin olunub.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/351186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR