Ellen Van Deyk: Bakıda özümü doğma şəhərimdəki kimi hiss edirəm

Ellen Van Deyk: Bakıda özümü doğma şəhərimdəki kimi hiss edirəm
21:52 18 İyun 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

Bakı Hollandiyadan çox uzaq olsa da özümü doğma şəhərimdəki kimi hiss edirəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində birinci Avropa Oyunlarının hollandiyalı qızıl medalçısı, şose velosipedi üzrə dünya çempionu Ellen Van Deyk deyib.

Hollandiyalı idmançı bildirib: "Biz birinci Avropa Oyunlarının tarixini yazırıq. Mən Olimpiya Oyunlarında dəfələrlə iştirak etmişəm. Əminliklə deyə bilərəm ki, Bakıda Oyunlar mükəmməl təşkil olunub. Buradakı ab-hava London Olimpiya Oyunlarında olduğu kimidir. Mən bu möhtəşəm idman tədbirinin iştirakçısı olduğum üçün çox şadam. Bakı Hollandiyadan çox uzaq olsa da özümü doğma şəhərimdəki kimi hiss edirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR