Marko de Nikolo: Bakıda yeni idman obyektlərinin keyfiyyəti və infrastrukturun səviyyəsi ən yüksək tələblərə cavab verir

Marko de Nikolo: Bakıda yeni idman obyektlərinin keyfiyyəti və infrastrukturun səviyyəsi ən yüksək tələblərə cavab verir
21:53 18 İyun 2015
33 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 18 iyun, Əziz Məmmədov, AZƏRTAC
Bakıda ilk dəfə idmanın Olimpiya və qeyri-olimpiya növlərini unikal şəkildə birləşdirən yarışlar keçirilir. Avropa Oyunlarına hazırlıq işlərinin çox qısa müddətdə görülməsinə baxmayaraq, yeni idman obyektlərinin keyfiyyəti və infrastrukturun səviyyəsi ən yüksək tələblərə cavab verir.
Bu sözləri birinci Avropa Oyunlarının güllə atıcılığı üzrə gümüş mükafatçısı, italyan atlet Marko de Nikolo AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
Atletlər Kəndində idmançılar üçün yaradılan şərait barədə təəssüratlarını bölüşən M.Nikolo vurğulayıb ki, bu, hər hansı yarışda yaxşı çıxış etmək üçün mühüm amillərdən biridir, çünki atletlərin şəxsi rahatlıq zonası olmalıdır. İtalyan atlet daha sonra deyib: “Hesab edirəm ki, “Bakı – 2015”-in təşkilatçıları idmançıların istifadəsinə insanı mat qoyan dəbdəbəli Atletlər Kəndi veriblər. İdman zalları ən müasir trenajorlarla təchiz edilib, yeməkxana fasiləsiz işləyir. Burada Avropa və Azərbaycan yeməkləri verilir. İdmançıların istirahəti üçün rahat şərait yaradılıb, istirahət və əyləncə mərkəzləri fasiləsiz işləyir”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Marko_de_Nikolo_Bakida_yeni_idman_obyektlerinin_keyfiyyeti_ve_infrastrukturun_seviyyesi_en_yuksek_teleblere_cavab_verir-865088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR