Platformadan suya tullanma yarışı: qızıl kimin olacaq? - YENİLƏNİB - FOTO

Platformadan suya tullanma yarışı: qızıl kimin olacaq? - YENİLƏNİB - FOTO
22:05 18 İyun 2015
50 İdman
Ölkə mətbuatı
A- A+

Platformadan suya tullanma yarışının final mərhələsində idmançımız Olqa Bikovskaya 305.75 xalla 11-ci pillədə qərarlaşıb.

Qızıl medala Böyük Britaniyadan olan atlet Luis Tulson (456.70) yiyələnib. Gümüş medalı rusiyalı idmançı Anna Çuinişena (429.15), bürünc medalı isə Almaniya təmsilçisi Elena Vassen (410.40) qazanıb.

20:47

Qadınlar arasında platformadan suya tullanma yarışının final mərhələsi başlayıb.

Yarışda mübarizə aparan atletimiz Olqa Bikovskaya 2-ci nömrə altında çıxış edəcək.

20:37

Kişilər arasında bir metr hündürlüyündə tramplindən suya tullanma yarışının final mərhələsində idmançımız Artyom Danilov 455.15 bal toplayaraq səkkizinci pillədə yer alıb.

Bu yarışda qızıl və gümüş medalları müvafiq olaraq rusiyalı idmançılar Nikita Şleyxer (543.80) və İliya Molçanov (512.20) qazanıblar. Bürünc medala isə Böyük Britaniyalı atlet James Heatly (483.40) yiyələnib.

19:41

Kişilər arasında bir metr hündürlüyündə tramplindən suya tullanma yarışının final mərhələsinə start verilib.

Yarışda mübarizə aparan idmançımız Artyom Danilov 2-ci nömrə altında çıxış edəcək.

16:39

Qadınlar arasında platformadan tullanma yarışında 12 idmançı finala vəsiqə qazanıb.

Yarışda ümumilikdə 14 ölkədən idmançılar mübarizə aparıb.

Atletimiz Olqa Bikovskaya 323.30 xalla 11 yerdə qərarlaşıb və finala yüksəlib.

Yarışın ilkin mərhələsində ilk üçlükdə Rusiya təmsilçiləri Yulia Timaşinina (409.60) və Anna Çuinişena (386.80) birinci və üçüncü, Böyük Britaniya atleti Lois Toulson (386.20) isə ikinci pillədə yer alıb.

14:11

Kişilər arasında 1 metr hündürlüyündə tramplindən suya tullanma yarışında mübarizə aparan idmançımız 17 yaşlı Artyom Danilov 11-ci nömrə altında çıxış edib.

Yarışın ilkin mərhələsində Azərbaycan, İngiltərə, Monteneqro, Finlandiya, Rusiya, Ukrayna, Belarus, İsveçrə, Yunanıstan, Latviya, Xorvatiya, Fransa, Avstriya, Litva, İtaliya, Macarıstan, Almaniya, Danimarka, Serbiya, Bolqarıstan təmsilçiləri mübarizə aparıblar.

Təmsilçimizin ilkin mərhələdə çıxışının nəticəsi 427.70 balla qiymətləndirilib. Bu nəticə ilə təmsilçimiz 30 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

İlk üçlükdə müvafiq olaraq Rusiya təmsilçiləri İliya Molçanov (534.80) və Nikita Şleyxer (507.50), İtaliya idmançısı Ruslan Adriano (486.95) yer alıblar.

Birinci mərhələnin sonunda 12 idmançı finala vəsiqə qazanıb.

Hazırda qadınlar arasında platformadan tullanma yarışları keçirilir. Bu idman növü üzrə Azərbaycanı 18 yaşlı Olqa Bikovskaya təmsil edir. Yarışda 24 idmançı mübarizə aparır.

09:35

İyunun 18-də Bakı Su İdmanı Sarayında suya tullanma üzrə yarışlar başlayıb.

AZƏRTAC xəbər verir ki, suya tullanma yarışının ilk günündə idmançılar 1 metr hündürlüyündə tramplindən və platformadan tullanma üzrə mübarizə aparacaqlar.

Kişilər arasında 1 metr hündürlüyündə tramplindən tullanma yarışında Azərbaycanı Artyom Danilov, qadınlar arasında platformadan tullanma üzrə Olqa Bikovskaya təmsil edəcəklər.

Hər iki növ üzrə yarışın final mərhələsi bu gün olacaq.

Milli.Az








































Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR