ABŞ-da ən yüksək maaşlı peşələr - SİYAHI

ABŞ-da ən yüksək maaşlı peşələr - SİYAHI
22:17 18 İyun 2015
Ölkə mətbuatı
A- A+

Yüksək texnologiyalar sahəsində işçi heyətin seçimi üzrə ixtisaslaşmış Mondo şirkəti müxtəlif peşələr üzrə İT mütəxəssislərin işə götürülməsinin dəyəri haqda öz hesabatını dərc edib. Business Insider  informasiya saytının müəllifləri ən yüksək maaşlı ixtisasları dərc edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, informasiya təhlükəsizliyi üzrə direktorun illik maaşı 214 min dollar və ya aylıq 18830 dollar təşkil edir. Bu maaşı alan mütəxəssis şirkəti haker hücumlarından qorumalı, korporativ proqramlarda aşkar edilmiş boşluqları vaxtında tapmalı və aradan qaldırmalıdır. Belə səviyyəli əməkdaşın səhvi milyonlarla dollar zərər deməkdir.
Verilənlər bazasının baş mühəndisinin illik maaşı 200 min dollardır.

İnformasiya texnologiyaları üzrə vitse-prezident daxili infrastrukturdan məsuliyyət daşıyır və ildə 178 min dollar qazanır.

Təhlükəsizlik sistemləri üzrə menecer ildə 169 min dollaradək qazana bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/351117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR