Bürünc medalçımız: “Üç dəfə onunla qarşılaşıb, məğlub olmuşam”

Bürünc medalçımız: “Üç dəfə onunla qarşılaşıb, məğlub olmuşam”
21:22 18 İyun 2015
94 İdman
Ölkə mətbuatı
A- A+

"I Avropa Oyunlarında bürünc medal da əhəmiyyətlidi. Biz bunu qazanmaq üçün çox hazırlaşmışdıq". 

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu sözləri Azərbaycanın sərbəst güləş yığmasının üzvü Camaləddin Maqomedov deyib.
 
I Avropa Oyunlarında 125 kq çəki dərəcəsində mübarizə aparan Maqomedov bürünc medal uğrunda görüşdə Slovakiya təmsilçisi Soslan Qaqloyev üzərində qələbə qazanıb.
 
O bildirib ki, əslində yarışa qızıl medal qazanmaq istəyi ilə başlayıb: "Nə etmək olar, belə alındı. Bürünc mükafat da yaxşıdı. Öz ölkəmdə, azarkeşlərimizi məyus etmək istəmirdim. Hər kəsə dəstəyə görə təşəkkür edirəm".
 
Maqomedov 1/8 finalda məğlub olduğu türkiyəli güləşçi Taha Akgülün ondan daha güclü olduğunu qeyd edib: "Mən bütün gücümdən istifadə etdim. Rəqibim məndən güclü idi. Yenə də məşq edəcəm. Dünya və Olimpiya Oyunlarında qələbə qazanacam. Üç dəfə onunla qarşılaşıb məğlub olmuşam. Çalışıb ondan əvəz çıxacam. Bir də bəxtimi sınayacam".
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR