Natiq Əliyev TANAP-dan danışdı

Natiq Əliyev TANAP-dan danışdı
19:21 25 Dekabr 2014
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanın neft və neft məhsulları dünyanın 30-dək ölkəsinə ixrac edilir və bəzi Avropa dövlətlərinin enerji balansında Azərbaycan neftinin payının 25-30 faiz təşkil etməsi kifayət qədər yüksək göstərici kimi qiymətləndirilir. Bu, onu göstərir ki, Azərbaycanın mühüm regional və qlobal əhəmiyyətli faktora çevrilməsində ölkənin müstəqil enerji siyasətinin rolu böyükdür.

ANS PRESS-in məlumatına görə, bu sözləri energetika naziri Natiq Əliyev deyib. O, bildirib ki, hazırda Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini vermək üçün Azərbaycan qazının dünya bazarına nəqlini nəzərdə tutan “Cənub” qaz dəhlizi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Trans-Anadolu (TANAP) və Trans-Adriatik boru kəmərləri (TAP) layihələrinin həyata keçirilməsi üzrə mühüm işlər görülür.

“TANAP və TAP layihələri öz xüsusiyyətinə görə yeni marşrut olmaqla, həm də Avropaya qazı yeni mənbədən gətirəcək. Bu layihələrin reallaşması gələcəkdə nəinki Avropanın enerji təhlükəsizliyinə təminat olacaq, həm də mənbələrin diversifikasiyası nəticəsində Avropanın qaz bazarındakı qiymətlərdə rəqabət mühitinin yaranmasına münbit şərait yaradacaq. Eyni zamanda, TANAP layihəsi Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar açacaq. Qazaxıstanın və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan öz infrastruktur və texniki imkanlarından istifadə etməklə, həm də Mərkəzi Asiya qazının Avropaya çatdırılmasında mühüm tranzit ölkəyə çevriləcək” – deyə nazir əlavə edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=316303

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR