Azərbaycan taekvondoçusu Fəridə Əzizova gümüş medalla kifayətlənməli olub

22:43 18 İyun 2015
138 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 18 iyun, Nihat Budaqov, AZƏRTAC
Azərbaycan birinci Avropa Oyunlarında gümüş medallarının sayını 5-ə çatdırıb.
AZƏRTAC xəbər verir ki, taekvondo üzrə qadınlar arasında 67 kiloqram çəki dərəcəsinin final görüşündə Azərbaycan idmançısı, dünya çempionatının mükafatçısı Fəridə Əzizova rusiyalı Anastasiya Baruşnikova ilə qarşılaşıb. Gərgin keçən görüş rəqibin 5:6 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, həmyerlimiz gümüş medalla kifayətlənməli olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_taekvondochusu_Feride_Azizova_gumus_medalla_kifayetlenmeli_olub-865110

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR