x
Loading...

Lüksemburq idmançısı: Birinci Avropa Oyunları yeni emosiya, yeni həyəcan, yeni təcrübə deməkdir

Lüksemburq idmançısı: Birinci Avropa Oyunları yeni emosiya, yeni həyəcan, yeni təcrübə deməkdir
21:48 18 İyun 2015
29 İdman
Ölkə mətbuatı
A- A+
.


Bakı, 18 iyun, A.Həsənova, K.Əliyeva, AZƏRTAC
Birinci Avropa Oyunları yeni emosiya, yeni həyəcan, yeni təcrübə deməkdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində birinci Avropa Oyunlarının iştirakçısı, Lüksemburqun şose velosipedi üzrə idmançısı Aleks Kirş deyib.
İdmançı bildirib: "Mən birinci dəfə idi ki, belə uzun məsafə qət edirdim. Ötən il Azərbaycanda keçirilən "Tour de Azerbaijan" yarışında da iştirak etmişdim. Onda da tədbirin yüksək təşkilatçılığı məni heyran etmişdi. Bu oyunlardakı təşkilatçılğı görəndən sonra isə sizin böyük tədbirlərə ev sahibliyi etmək təcrübənizin yüksək olduğundan əmin oldum. Bakı bir-birindən gözəl, yeni müasir binaları və mehriban insanları ilə heyran edir. İçərişəhər isə mənim ən çox sevdiyim yerdir”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Luksemburq_idmanchisi_Birinci_Avropa_Oyunlari_yeni_emosiya_yeni_heyecan_yeni_tecrube_demekdir-865111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR