Taekvondoçu Milad Harçeqani Avropa Oyunlarının çempionu olub

Taekvondoçu Milad Harçeqani Avropa Oyunlarının çempionu olub
22:52 18 İyun 2015
208 İdman
Ölkə mətbuatı
A- A+

[ 18 İyun 2015 22:45 ]

Bakı-APA. Azərbaycan taekvondoçusu Milad Harçeqani Avropa Oyunlarının çempionu olub.

Apasport.az saytının məlumatına görə, taekvondoçumuz finalda rusiyalı Albert Quana qalib gəlib.

 

80 kq dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulub. O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gəlib. Taekvondoçumuzun rəqibi üzərində inamlı qələbə qazanıb – 12:0. Milad 1/4 finalda da özünü yaxşı tərəfdən göstərib. Böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gələn təmsilçimiz bu döyüşü də vaxtından əvvəl xeyrinə bitirib (17:5).

 

Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreyra qüvvəsini sınayıb. İdmançımız bu rəqibindən də güclü olduğunu sübuta yetirib. Ferreyraya 6:2 hesabı ilə qalib gələn Milad bu gün finala yüksələn ikinci taekvondoçumuz olub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387724

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR