Bu qidalar günəşdən qoruyur

Bu qidalar günəşdən qoruyur
22:52 18 İyun 2015
111 Digər
Ölkə mətbuatı
A- A+

Bəzi qidaların tərkibindəki antioksidan maddəsi orqanizmi günəşin zərərli şüalarından qoruyur. 

Pomidor: pomidora qırmızı rəngi verən təbii antioksidan piqmenti sayılan likopendir.  Bu antioksidant prostat vəzilərinin qorunmasına kömək edir. Bununla yanaşı, cildinizi günəşin zərərlərindən qoruyur.

Qarpız:  qarpız da rəngini likopen piqmentindən alır. Yayda günəş daha isti və parlaq olduğuna görə cildinizi qorumaq üçün qarpızı süfrənizdən əskik etməyin.

Kakao: sudan sonra ən sağlam maddə olaraq kakao qeyd edilir.  Çünki bu qidanın tərkibində çoxlu sayda antioksidan və cild qoruyucusu var. Kakaodan istifadə ürək tutması, yüksək qan təzyiqinin azalmasında kömək edir.

Bənövşəyi (qara) və qırmızı moruqlar: quş üzümü, böyürtkən kimi giləmeyvələrin tərkibi bənövşəyi piqmentlər baxımından zəngindir. Xroniki xəstəliklərin riskini azaltmaqda və mükəmməl günəş qoruyucusu kimi bu giləmeyvələrin istifadəsinə üstünlük verilir.

Rəngli bibərlər:  qırmızı, sarı və narıncı bibərlər öz rəngini karotenoid adlı təbii piqmentlərdən alır. Bu antioksidanlar orqanizmdə A vitamininə çevrilərək cild hüceyrələrini qorumağa kömək edir.

Yaşıl çay: sağlamlığınız üçün olduqca faydalı olan yaşıl çay xərçəngə tutulma riskini azaldır, immuniteti gücləndirərək orqanizmi mikroblardan və cildinizi UVA və UVB şüalarından qoruyur.

Bu qidalarla yanaşı, günəşə çıxmazdan əvvəl qoruyucu kremdən istifadə etməyi unutmayın.

 "Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/351178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR