Fəridə Əzizova "gümüş" aldı

Fəridə Əzizova "gümüş" aldı
21:56 18 İyun 2015
504 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2015 Avropa Oyunlarında taekvondo yarışlarında daha bir medal qazandıq.

ANS PRESS-in məlumatına görə, qadınlar arasında 67 kq çəki dərəcəsində Fəridə Əzizova finalda məğlub olaraq gümüş medal qazanıb.

Gənclər arasında dünya çempionumuz Fəridə Əzizova ilk döyüşünü Yoyse Van Baarinə qarşı keçirib. İlkin mərhələyə təsadüf edən qarşılaşma həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Əzizova rəqibini 2:0 hesabı ilə məğlub edib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Nur Tatarla döyüşüb. O, görüşün startında hesabda geri düşsə də, inamlı döyüş sayəsində qarşılaşmanın ssenarisini dəyişə bilib. Nəticədə Avropa çempionuna 6:2 hesabı ilə qalib gələn Əzizova yarımfinala vəsiqə qazanıb.

O, finala gedən yolda isveçli Elin Yohanssonla üz-üzə gəlib. Əzizova bu qarşılaşmada da uğurlu seriyasını davam etdirib. Bu dəfə rəqibini 4:2 hesabı ilə məğlub edən Fəridə finala yüksəlib. Taekvondoçumuz çempionluq üçün Anastasiya Barişnikova (Rusiya) ilə mübarizə aparıb. Görüş həmyerlimizin minimal hesablı məğlubiyyəti ilə başa çatıb – 5:6. Əzizova gümüş medalla kifayətlənib.

Bu, komandamızın aktivinə yazılan 27-ci mükafat olub.

Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) qızıl, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

Sabah keçiriləcək daha 2 çəki dərəcəsi ilə taekvondo yarışlarına yekun vurulacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=351753

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR