Respublikada quduzluq xəstəliyinin dinamikasında azalma müşahidə olunub

12:38 21 Yanvar 2015
75 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc 
Respublikada quduzluq xəstəliyinin dinamikasında azalma müşahidə olunub.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat mərkəzinin rəhbəri Yolçu Həsənov AzərTAc-a eksklüziv müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, bu xəstəliyi nəzarətdə saxlamaq üçün DBNX epizootiya əleyhinə tədbirlər planı əsasında hər il qeydiyyatda olan heyvanlar arasında vaksinasiya tədbirlərini həyata keçirir.
Yolçu Həsənov bildirib ki, 2014-cü ildə qeydiyyatda olan 249 min baş it peyvənd edilib və quduzluq xəstəliyini aşkar etmək üçün 38 nümunədə laboratoriya müayinəsi aparılıb. Onlardan 24-də xəstəlik törədicisi aşkar edilib. Aşkar olunan nümunələrin göndərildiyi ərazilərdə lazımi profilaktik tədbirlər həyata keçirilib. 2013-cü ildə isə 46 nümunədə laboratoriya müayinəsi aparılıb və onlardan 31-də xəstəlik törədicisi aşkarlanıb.
Y.Həsənov əlavə edib ki, ölkədə kifayət qədər vaksin və dezinfeksiyaedici maddələr vardır və hazırda respublikamızda bu xəstəliyə görə epizootik vəziyyət sabitdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Respublikada_quduzluq_xesteliyinin_dinamikasinda_azalma_musahide_olunub-826310

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR