Bakı-2015: güləş yarışları bitdi - Azərbaycan 2 qızıl, 4 bürünc qazandı

Bakı-2015: güləş yarışları bitdi - Azərbaycan 2 qızıl, 4 bürünc qazandı
23:09 18 İyun 2015
239 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2015 I Avropa Oyunlarının güləş yarışlarına yekun vurulub.

Apasport.az saytının məlumatına görə, yunan-Roma və qadın güləşçilərinin ardından döşək üzərinə çıxan sərbəst güləşçilər 2 gün ərzində 8 dəst medalın sahibinə aydınlıq gətirib.

 

Bu növdə Rusiya millisi aşkar üstünlüyə malik olub. Yalnız bir çəkidə  medalsız qalan şimallılar qızılların yarıdan çoxuna yiyələnib. Qonşularımızın medal almadığı yeganə çəkidə isə Rusiya yığmasının bayraqdarı, güləşçilərinin lideri Hacımurad Qatsalov büdrəyib.

 

Azərbaycan pəhləvanları sərbəst güləşdə 2-ci olublar – 2 qızıl, 4 bürünc. Yalnız iki təmsilçimiz yarışı mükafatsız başa vurub. Bunlar Yaşar Əliyevlə Nurmaqomed Hacıyevdi. Onların hər ikisi 5-ci yerlə kifayətlənib.

 

Sərbəst güləşdə 3-cü yeri Türkiyə yığması tutub. Ümumilikdə isə yalnız bu 3 ölkə təmsilçiləri çempionluq sevinci yaşayıb. Medal qazanan ölkələrin sayı isə 12 olub.

 

Güləşin hər 3 növünə nəzər salsaq, ümumilikdə sahibini tapan 24 dəst medalı 23 ölkədən olan pəhləvanlar qazanıb. 18 medal qazanan Rusiya yekunda 1-ci yeri tutub. Onlar az qala qızılların yarısına sahib çıxıb. 24 mümkün medaldan 11 qızıl, 2 gümüş və 5 bürünc şimallılara nəsib olub.

 

Azərbaycan millisi ümumilikdə 15 mükafat qazanıb: 6 qızıl, 2 gümüş, 7 bürünc. 10 dəfə mükafatçılar arasında təmsilçisi olan Türkiyə 2 qızıl, 1 gümüş, 7 bürünc əldə edib.

 

Avropa Oyunlarında 7 ölkənin güləşçiləri çempion adına yiyələnib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206277

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR