Bakı-2015: Taekvondoçumuza qızıl medalı prezident İlham Əliyev təqdim etdi

22:14 18 İyun 2015
63 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2015 I Avropa Oyunlarında Azərbaycana 12-ci qızıl medalı taekvondoçumuz Milad Beiqi Harçeqani qazandırıb. Apasport.az saytının məlumatına görə, 80 kq çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə Rusiya təmsilçisi Albert Quana qalib gəlib.

 

 

Nəticədə Harçeqani çempion olaraq, ilk Avropa Oyunlarının birincisi adına layiq görülüb.

 

 

Bu görüşü Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri də izləyiblər.

 

 

Fəxri kürsüyə qalxan Harçeqaniyə qızıl medalı prezident İlham Əliyev təqdim edib.

 

 

Daha sonra himn sədaları altında dövlət bayrağımız dalğalanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206278

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR