x
Loading...
.

Ruslan Dibirhacıyev: “Məşqçilər məndən qızıl medal gözləyirdilər” - VİDEO

22:17 18 İyun 2015
153 İdman
Ölkə mətbuatı
A- A+
.



Bakı-APA. “Çempion olmaq istəyirdim. Çünki azarkeşlərimizin qarşısında, evdə döyüşürdüm. Üçüncü yeri tutmağım da az da olsa, sevindiricidir”.

APA-TV-nin məlumatına görə, bu fikirləri I Avropa Oyunlarının bürünc mükafatçısı, sərbəst güləşçimiz Ruslan Dibirhacıyev deyib.

 

Dibirhacıyev ona dəstək olduqlarına görə azarkeşlərə təşəkkürünü bildirib: “Məşqçilər məndən qızıl medal gözləyirdilər. Təəssüf ki, olmadı. Ən əsası bürünc medalı qazanmaqla, azarkeşləri məyus etmədim. Ümid edirəm ki, bir daha səhvlər olmayacaq. Sağ olsunlar, azarkeşlər mənə dəstək oldular. Hamıya öz təşəkkürümü bildirirəm”.

 

İdmançımız qeyd edib ki, qarşıdan gələn dünya çempionatında qızıl medal qazanmağı qarşısına məqsəd qoyub.

 

Xatırladaq ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz bürünc medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Davit Tlasadze üzərində qələbə qazanıb.



Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387727

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR