Yağış və qar yağacaq - SABAH

Yağış və qar yağacaq - SABAH
12:39 21 Yanvar 2015
174 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarımadasında yanvarın 22-də hava şəraiti dəyişkən buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Asif Verdiyev Lent.az-a açıqlamasında bildirib ki, hava şəraiti əsasən yağmursuz keçəcək, zəif duman olacaq, bəzi yerlərdə yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-3, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. 
 

Qərb rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şimal və şərq rayonlarında yağış yağacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190966

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR