“Milli geyimlərimizin dünəni və bu günü"

“Milli geyimlərimizin dünəni və bu günü"
23:51 18 İyun 2015
55 Şou
Ölkə mətbuatı
A- A+

İyunun 18-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Milli geyimlərimizin dünəni və bu günü” devizi altında yürüş təşkil edilib.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, yürüşdə ictimai birliyin və nazirliyin 30–dan çox əməkdaşı iştirak edib. Əvvəlcə “Rasim folklor” çalğı qrupunun müşayiəti ilə gənc rəqqaslar öz məharətlərini göstəriblər. Daha sonra Asəf Zeynallı adına Musiqi Məktəbinin tələbəsi Vüqar Əbilov və Milli Konservatoriyanın tələbəsi Tuqay İsmayılovun ifalarında “Sarı gəlin”, “Qarabağ şikəstəsi” və s. milli musiqilərimiz səslənib.

Azərbaycan milli dəyərlərinin qorunub saxlanılması, milli musiqi və geyimlərimizin təbliğində gənc nəslin üzərinə düşən öhdəliklər yürüşün əsas məqsədini təşkil edib. Konsert proqramından sonra yürüş “Azneft” meydanından Fəvvarələr meydanınadək davam edib. Yürüş, son dayanacaqda bir sıra milli rəqs nömrələrinin ifası ilə yekunlaşıb .


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=32334

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR