Azərbaycan ərazisində müşahidə olunan havanın temperaturu iqlim normasından yüksəkdir

12:42 21 Yanvar 2015
72 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 12:38 ]

Yaxın 2 gün ərzində ölkə ərazisində müşahidə olunacaq hava açıqlanıb

Bakı. Könül Kamilqızı - APA. Hazırda Azərbaycanda müşahidə olunan havanın temperaturu iqlim normasında 1-2 dərəcə yüksəkdir. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, buna baxmayaraq, ölkə ərazisində müşahidə edilən hava şəraiti qış fəsli üçün xarakterikdir. Ayrı-ayrı illərdə qış fəslində bundan da isti temperatur qeydə alınıb.

 

Yaxın 2 gün ərzində də Bakı və Abşeron yarımadasında temperatur rejimində ciddi dəyişiklik gözlənilmir. Azərbaycanın əsasən şimal və şərq rayonlarında isə hava şəraiti yağıntılı olacaq, yağış və qar yağacaq. Havanın temperaturu 7-10 dərəcə arasında dəyişəcək.

 

Yanvarın 22-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Zəif duman olacağı, səhər və gündüz çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.

 

Yanvarın 23-də də Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün ikinci yarısında az yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin qərb rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin şimal və şərq rayonlarının bəzi yerlərində yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

 

Yanvarın 23-də isə Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369782

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR