Voleybolçularımız Fransaya məğlub oldu

Voleybolçularımız Fransaya məğlub oldu
23:57 18 İyun 2015
57 İdman
Ölkə mətbuatı
A- A+

Kişi voleybolçular arasında Bakı-2015 I Avropa Oyunlarında növbəti turun oyunları keçirilir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, III turda Azərbaycan yığmasının rəqibi Fransa olub.

A qrupunda yer alan və ilk iki qarşılaşmada məğlubiyyətə düçar olan millimiz 1/4 final şansını davam etdirmək üçün mütləq qələbə qazanmalı idi. Lakin bu, real görünmürdü. Çünki Fransa qrup liderlərindən biri idi. Gözlənildiyi kimi, fransızlar yığmamızın ciddi müqaviməti ilə üzləşməyiblər. Hər üç setdə çətinlik çəkmədən qələbə qazanan Fransa 1/4 final mərhələsinə vəsiqəni təmin edib.

Bu qrupda Finlandiyanı asanlıqla məğlub edən Türkiyə də indidən 1/4 final barədə düşünə bilər.

B qrupunda ilk iki görüşdə asan qələbə qazanan Rusiya III turda Slovakiya ilə üz-üzə gəlib. Ruslar yenə meydanı qələbə ilə tərk edərək, növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin ediblər. Bu qrupda Almaniya Bolqarıstanı məğlub edib və turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

A qrupu

Finlandiya - Türkiyə - 0:3 (14:25, 16:25, 13:25)

Azərbaycan - Fransa - 0:3 (17:25, 16:25, 18:25)

22:00. Serbiya - Polşa

1.

Fransa

3

2

1

8-3

253-221

7

2.

Türkiyə

3

2

1

8-4

278-236

7

3.

Polşa

2

2

0

6-4

215-209

4

4.

Serbiya

2

1

1

4-3

153-155

3

5.

Finlandiya

3

1

2

3-8

221-250

2

6.

Azərbaycan

3

0

3

2-9

209-258

1

  

B qrupu

Bolqarıstan - Almaniya - 0:3 (20:25, 18:25, 22:25)

Rusiya - Slovakiya - 3:1 (24:26, 25:17, 25:18, 25:20)

İtaliya - Belçika - 2:3 (24:26, 25:16, 19:25, 25:12, 13:15)

1.

Rusiya

3

3

0

9-2

269-229

9

2.

Almaniya

3

2

1

7-3

239-211

6

3.

Bolqarıstan

3

2

1

6-6

292-279

5

4.

Belçika

3

1

2

5-8

156-186

3

5.

Slovakiya

3

1

2

4-7

328-371

3

6.

İtaliya

3

0

3

4-9

294-297

1

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR