Qızıl medallı Milad: “Söz vermişdim..."

Qızıl medallı Milad: “Söz vermişdim..."
00:12 19 İyun 2015
112 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani çempionluq sevincini bölüşüb. Bakı-2015 Avropa Oyunlarında 80 kq çəki dərəcəsində rəqib tanımayan 24 yaşlı idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün özünü xoşbəxt saydığını bildirib.
 Milli.Az apasport.az-a istinadən bildirir ki, onun sözlərinə görə, yarışdan öncə verdiyi sözü yerinə yetirib: "Hələ yarışdan öncə sizləri sevindirəcəyimə söz vermişdim. Sözümün üstündə dayandım və qızıl medalı qazandım. Hamınıza təşəkkür edirəm".
 
Qeyd edək ki, Harçeqani finalda rusiyalı Albert Quanla qarşılaşıb rəqibinə 9:4 hesabı ilə məğlub edib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR