İdeal qadın necə olmalıdır? - bir az Coli, bir az Şahzadə

İdeal qadın necə olmalıdır? - bir az Coli, bir az Şahzadə
00:21 19 İyun 2015
456 Şou
Ölkə mətbuatı
A- A+

Qərb mediası "ideal qadın necə olmalıdır" sualına "cavab" tapıb.

Axşam.az-ın məlumatına görə, bir neçə ingilisdilli sayt bu gün ideal qadın görünüşünün tərifini verib. Onlar bunun üçün kiçik sorğu keçiriblər. Oxucular məşhur qadınların bədən hissələrinin adını çəkiblər. Nəticə isə belə alınıb:

Şahzadə Ketrin Middltonun saçları, Kara Delvinin qaşları, Miranda Kerrin burnu, Ancelina Colinin dodaqları, Meqan Foksun gözləri və bir az da Kira Naytli... Buna Helen Mirrenin sinəsini, Cennifer Enistonun düz qarnını, El Makfersonun isə uzun ayaqlarını əlavə edəndə ortaya tam ideal qadın çıxır.

Maraqlıdır ki, repondentlərin adını çəkdiyi H.Mirrenin 69, Enistonun 46, Makfersonun isə 51 yaşı var.

Başqa sorğuda isə 72 faiz qadın gözəllik və seksuallığın qadının özünə inamından asılı olduğunu söyləyiblər.











Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=32336

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR