Qalmaqallı film nümayiş etdirildi

Qalmaqallı film nümayiş etdirildi
19:21 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Sony Pictures şirkətinin Şimali Koreya liderinə qarşı uydurulmuş sui-qəsd barədə qalmaqallı filmi ABŞ kinoteatrlarında nümayiş etdirilib.

ANS PRESS-in məlumatına görə, Sony şirkəti kinokomediyanı internet saytında və eləcədə Google və Microsoft vasitəsilə yalnız ABŞ ərazisində mümkün olan nümayişini təşkil edib.

İlk olaraq yeni kinokomediyanın ekranlara dekabrın 25-də çıxacağı güman edilirdi. Lakin Sony Pictures-ə qarşı haker hücumundan sonra şirkət filmin nümayişini təxirə salmaq qərarına gəldi. Bu qərar ABŞ ictimaiyyəti və prezident Obama tərəfindən tənqidlə qarşılandı.

Filmin süjeti iki jurnalistin Şimali Koreya lideri Kim Çen Indan müsahibə götürmək niyyətindən bəhs edir. Lakin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi bunu bilib, jurnalistlərə Şimali Koreya liderini öldürməyi tapşırır.

Şimali Koreya Sony şirkətinə haker hücumunun arxasında durduğu barədə bütün ittihamları rədd edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR