Azərbaycan Rusiyadan 100 tank aldı

Azərbaycan Rusiyadan 100 tank aldı
00:51 19 İyun 2015
151 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Uralvaqonzavod" Dövlət Konserni Azərbaycanın sifariş verdiyi 100 ədəd T-90S tankının hamısını təhvil verib.

ANS PRESS xəbər verir ki, "AzeriDefence"nin "Armiya -2015" forumunda iştirak edən əməkdaşını xəbərinə görə, bu barədə UVZ-nin stendindən məlumat verilib.

Tankların çatdırılması bir neçə ay əvvəl yekunlaşıb. Hazırda istehsalçı müəssisə ehtiyat hissələrin çatdırılmasını davam etdirir.

"Gördüklərimizdən çox məmnunuq. Azərbaycan tankçıları qısa müddətdə T-90-ların istismarını mənimsədilər. Bizdə olan məlumata görə hətta təlimlərdə yeni tankları tətbiq ediblər", - deyə UVZ rəsmisi bildirib.

Qeyd edək ki, T-90S tanklarının Azərbaycana çatdırılmasında 2013-cü ildə başlanıb. Tanklar ilk dəfə 2013 -cü ilin iyun ayında Bakıda keçirilən hərbi paradda nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=351769

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR