20 Yanvar faciəsinin ağrıları unudulmayıb

12:43 21 Yanvar 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+



Bakı, 21 yanvar, Z.Mansurova, AzərTAc
İ.Əbilov adına Mədəniyyət Mərkəzi tərəfindən Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AzəTAc xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru, fəlsəfə elmləri namizədi Ramazan Şabanov deyib ki, o dəhşətli gecədən 25 il keçməsinə baxmayaraq xalqımız 20 Yanvar faciəsinin ağrılarını hələ də unutmayıb.
Mədəniyyət mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərov da o günlərin canlı iştirakçısı kimi xatirələrini bölüşüb.
Tədbirdə İ.Əbilov adına mədəniyyət mərkəzinin “Vurğun” poeziya teatrının ifasında “Ağla, qərənfil ağla” ədəbi-bədii kompozisiya təqdim edilib. Kompozisiyada görkəmli şeirlərin şeirlərindən və bayatılardan istifadə edilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_faciesinin_agrilari_unudulmayib-826312

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR