x
Loading...

Şahin Mustafayev Macarıstan Respublikasının Milli Assambleyasının sədri ilə görüşüb

Şahin Mustafayev Macarıstan Respublikasının Milli Assambleyasının sədri ilə görüşüb
00:17 19 İyun 2015
Ölkə mətbuatı
A- A+
.

[ 19 İyun 2015 01:13 ]

Bakı-APA. İyunun 18-də İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev Macarıstan Respublikasının Milli Assambleyasının sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat və sənaye nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Şahin Mustafayev Azərbaycan və Macarıstan arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, humanitar və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının siyasi iradəsinin, qarşılıqlı səfərlərin, aparılan danışıqların xüsusi əhəmiyyətini vurğulayıb. Bildirilib ki, iki ölkə arasında müqavilə-hüquqi baza yaradılmış, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya, Macarıstanda Macarıstan-Azərbaycan Ticarət Evi uğurla fəaliyyət göstərir, ticarət dövriyyəsində dinamik artım müşahidə edilir. Nazir Şahin Mustafayev Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyini və ölkəmizin I Avropa Oyunlarına yüksək səviyyədə hazırlığını qeyd edib.

 

Azərbaycanın qazandığı nailiyyətlər barədə məlumat verən Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Macarıstanın ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini, Ermənistanın işğalçı siyasətinin regional əməkdaşlığın inkişafına ciddi maneə olduğunu vurğulayıb, münaqişə ilə bağlı hələ də ikili standartların tətbiq olunduğunu qeyd edib. Görüşdə humanitar sahədə əlaqələrin genişləndiyi, Heydər Əliyev Fondu tərəfindən bu sahədə mühüm layihələrin həyata keçirildiyi, Azərbaycan gənclərinin dünyanın bir çox ölkələrində, o cümlədən Macarıstanın universitetlərində təhsil aldıqları diqqətə çatdırılıb.

 

Macarıstanın Milli Assambleyasının sədri Laszlo Köver qonaqpərvərlik üçün Azərbaycan tərəfinə minnətdarlıq etmiş, ikitərəfli əlaqələrin inkişafından razılığını ifadə edib. L. Köver ölkəsinin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib, Cənub Qaz Dəhlizi ilə bağlı həyata keçirilən layihələri dəstəklədiyini, I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

 

Tərəflər sənaye, enerji, kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinə dair müzakirələr aparıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387732

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR