x
Loading...
.

Tiflisdə baş verən daşqın zamanı 457 nəfər zərər çəkib

00:42 19 İyun 2015
74 Dünya
Ölkə mətbuatı
A- A+
.

[ 19 İyun 2015 01:39 ]


Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə baş verən daşqın zamanı 457 nəfər zərər çəkib, onlardan 119-u uşaqdır. 

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Dövlət təhlükəsizliyi və böhranların idarəolunması Şurası məlumat yayıb.

 

"Təbii fəlakətdən zərər çəkən əhalinin qeydə alınması zamanı Gürcüstan Səhiyyə Nazirliyi 106 ailəni, ümumilikdə 457 nəfəri qeydə alıb. Qeydə alınanlardan 119-u uşaq, 56 nəfəri yaşlı adam və 5 nəfəri hamilə qadın olub. Zərərçəkənlərə şəxsi tələbatlarına görə yardım göstəriləcək", məlumatda bildirilib.

 

Xatırladaq ki, rəsmi məlumata görə, iyunun 13-dən 14-nə keçən gecə daşqın zamanı Gürcüstan paytaxtında 19 nəfər ölüb, 3 nəfər itkin hesab olunur.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387733

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR