Tiflisdə daşqından zərərçəkənlərin sayı bəlli oldu

Tiflisdə daşqından zərərçəkənlərin sayı bəlli oldu
01:54 19 İyun 2015
53 Dünya
Ölkə mətbuatı
A- A+

Tiflisdə baş verən daşqın zamanı 457 nəfər zərər çəkib, onlardan 119-u uşaqdır.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Dövlət təhlükəsizliyi və böhranların idarəolunması Şurası məlumat yayıb.

 

"Təbii fəlakətdən zərər çəkən əhalinin qeydə alınması zamanı Gürcüstan Səhiyyə Nazirliyi 106 ailəni, ümumilikdə 457 nəfəri qeydə alıb. Onlardan 119-u uşaq, 56 nəfəri yaşlı adam və 5 nəfəri hamilə qadın olub. Zərərçəkənlərə şəxsi tələbatlarına görə yardım göstəriləcək", məlumatda bildirilib.

 

Xatırladaq ki, rəsmi məlumata görə, iyunun 13-dən 14-nə keçən gecə daşqın zamanı Gürcüstan paytaxtında 19 nəfər ölüb, 3 nəfər itkin hesab olunur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206284

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR