Bakıda bu evə girən hər kəs şoka düşür (VİDEO)

Bakıda bu evə girən hər kəs şoka düşür (VİDEO)
02:01 19 İyun 2015
154 Digər
Ölkə mətbuatı
A- A+

Dənizkənarı Milli Park ərazisində günü-günüdən atraksionlar yenilənir. Elə bu yeniliklər də kiçikdən tutmuş böyüyə kimi hamını bu istiarhət məkanına cəlb edir.

Əylənmək və ya istirahət etmək istəyən fikirləşmədən buranı seçir. Məhz buna görə də günün günorta çağı Dənizkənarı Milli Park ərazisində yerli sakinlərlə bərabər qonaqları da görmək mümkündür.

Gənclərin bəziləri atraksionlarda əylənir bəzisi isə ya dənizkənarında əyləşir, ya da bulvar ərazisindəki iaşə obyektlərində ağızlarının dadını dəyişdirirlər. Məhz atraksion həvəskarları üçün daha bir yenilik edilib.

Qorxulu evin vahiməsi bir az da artırılıb. Belə ki, bu evdə qorxmamaq mümkün deyil. Buna görə də burda balacalar yalnız gözlərini yumub içəri daxil olur. Təbii ki, qorxudan. Biz də qərara gəldik ki, içəri daxil olaq və qorxu hissini yaşayaq. Bu zaman çox desəm də qorxu hissi nədir bilmirəm, bu yerdə deyəsən yanıldım.

İkinci dəfə içəriyə girmək hissi isə məni o qədər də qoxutmadı. Bu zaman istədiyimiz çəkilişə nail ola bildik.

Burada yalnız cəmi 5 dəqiqə səyahət etmək mümkündür. İnsan bu evdə sözün həqiqi mənasında qorxu hissləri keçirir.

Sözün əsl mənasında qorxulu səslər, qaranlıq yollar və qəfildən qarşına çıxan qorxulu personajlar. Sən demə burada tək qorxan biz deyilmişik. Bura üz tutan əcnəbi qonaqların da qorxu hissi yaşadığının şahidi olduq.

Dənizkənarı bulvar idarəsinin rəis müavini Nazim Məcidov bildirir ki, üç il bundan əvvəl qurulan atraksiondakı yeniliklərdən sonra ona maraq çox artıb:

“Biz qərara gəldik ki, qorxulu evi tamamən yeniləyək. Və bu gün onun içərisində olan persanajlar yenilənib. Köhnə qorxulu evdən əsər-əlamət qalmayıb. Köhnə qorxulu evin yalnız çöl hissəsi yenilənməyib. İçərisi yenidir. Qorxulu evə daxil olan insanlar daha həyacanlı anlar yaşayır. Çünki qorxulu evin içərisində olan persanajlar əvvəlkilərlə müqayisədə daha qorxuludur”.

Sonda rəis müavini onu da əlavə etdi ki, həmin atraksiondan yalnız 12 yaşdan yuxarı şəxslər istifadə edə bilər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=351775

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR