Fəridə Əzizova: "Azərbaycan xalqından üzr istəyirəm"

Bildiyiniz kimi, I Avropa Oyunlarında ölkəmizi 67 kq çəki dərəcəsində təmsil edən Fəridə Əzizova gümüş medal qazanıb.

İdmançımız final matçından sonra mətbuat nümayəndələriylə fikirlərini bölüşüb. Metbuat.az-ın müxbiri də orada olub.

Fəridə Əzizova aktivinə qızıl medal yazdıra bilmədiyinə görə Azərbaycan xalqından üzr istəyib:

"İlk növbədə Azərbaycan vətəndaşlarına və mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Çox sağolun ki, sona qədər mənim mübarizəmdə yanımda oldunuz. Mənə inandınız. Təəssüflər olsun ki, Azərbaycanın aktivində daha bir qızıl medal yazdıra bilmədim. Buna görə Azərbaycan xalqından üzr istəyirəm.

16-lıqda olan idmançılardan təkcə birinci turdakı niderlandlı rəqibimlə daha öncə görüşməmişdim. Türkiyəli, isveçli və rusiyalı idmançıyla döyüşmüşəm.

Artıq dördüncü dəfədir ki, rusiyalı idmançıya yenilirəm. Hər dəfə eyni xalı buraxıram və bunun heç cür qarşısını ala bilmirəm. Çalışacam ki, bundan sonra ona qalib gələ bilim".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR