"Mən övladımın anasını itirdim" - Friskenin dəfnindən fotolar

"Mən övladımın anasını itirdim" - Friskenin dəfnindən fotolar
02:21 19 İyun 2015
460 Şou
Ölkə mətbuatı
A- A+

41 yaşında dünyasını dəyişən rus müğənni Janna Friske dünən Moskvada dəfn olunub.

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, dəfn mərasimində mərhum ifaçının ailəsi, sənət dostları iştirak ediblər. Onlar J.Friske haqqında son xatirələrini danışaraq kövrəliblər.

Müğənninin vətəndaş nikahında yaşadığı sevgilisi aparıcı Dmitri Şepelev jurnalistlərə müsahibəsində heç zaman Friskeni unuda bilməyəcəyini, iki yaşlı uşaqlarına isə anasının ölümünü sonra deyəcəyini bildirib:

"Mən həyatımın ən vacib insanını, uşağımın anasını, sevgimi itirmişəm. Janna xəstəlliklə əsl mübarizə apardı. Amma mən xoşbəxtəm ki, həyatımda belə bir insan olub. Keçən il ad günündə ona nişan üzüyü aldım. Nikahımızı rəsmiləşdirmək təklif etdim. Mənə "hə" demişdi".

Qeyd edək ki, öncəki gün müğənni ilə vida mərasimi baş tutmuşdu. 3 mindən çox insan onu xatirəsini yad etmək üçün iştirak etmişdi.

Xatırladaq ki, J.Friskeyə ötən ilin yanvarında beyin xərçəngi diaqnozu qoyulmuşdu. 2014-cü ilin oktyabrında Moskvaya qayıdan Janna KİV-ə müsahibəsində bundan sonra səhnəyə qayıtmayacağını bildirmişdi.

J.Friske ömrünün sonuncu aylarını Moskvada həyat yoldaşı Dmitri Şepelev və oğlu Platonla keçirib.















Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=32340

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR