"Bakı-2015": Gimnastlarımız ölkəmizə medal qazandıra bilmədilər (YENİLƏNİB)

I Avropa Oyunlarında bu gün akrobatika gimnastikasında 2 dəst medal sahiblərinə qovuşub.

Metbuat.az-ın xəbərinə görə, ilk öncə çoxnövçülükdə qadınların qrup yarışlarında final həyəcanı yaşanıb. Azərbaycanla yanaşı, Portuqaliya, İsrail, Fransa, Polşa, Almaniya, Rusiya, Belarus, Belçika, Böyük Britaniya və Ukrayna qızıl medal uğrunda mübarizə aparıblar.

86.480 xal toplayan Belçika yığması çoxnövçülükdə qadınların qrup yarışlarında qızıl medal qazanıb. Rusiya ikinci, Belarus isə üçüncü olub. Azərbaycan 82.3010 xalla beşinci yeri tutub.

Daha sonra çoxnövçülükdə qarışıq cütlüklərin yarışında qaliblər müəyyənləşib. Azərbaycanı təmsil edən Ulyana Diakova - Anatoli Leonov cütlüyü 77.430 xalla altıncı olub. Marina Çernova və Georgi Pataraya Rusiyaya qızıl medal qazandırıb. Yana Vastavel və Solano Kassamaxor cütlüyü (Belçika) ikinci olub. Hannah Bauqn və Rayan Bartlett (Böyük Britaniya) isə üçüncülüklə kifayətlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR