“Azərpoçt”da elektron ticarətlə bağlı geniş platforma hazırlanır

“Azərpoçt”da elektron ticarətlə bağlı geniş platforma hazırlanır
03:08 19 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC-də elektron ticarətlə bağlı geniş platformanın hazırlanması üzrə iş görülür. Yeni platformanın bu il istifadəyə verilməsi planlaşdırılır.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, elektron ticarət göndərişlərinin poçtla çatdırılmasına görə rüsum ödənilır. Xaricdən göndərilən hər bir bağlama üzrə (çəkisindən asılı olmayaraq) 1,40 manat ödənilir. Bağlamanın ünvana çatdırılması üçün ödəniş 1 manatdır. Beynəlxalq daşımalarda qeydiyyatlı göndəriş 1 manata çatdırılır. Bağlamanın evə gətirilməsi 2 manat, çəkisi 500 qramdan artıq kiçik paketin poçt şöbəsində verilməsi isə 60 qəpikdir. Göndərişlərin poçt müəssisələrində saxlanılması da ödənişlidir. Beynəlxalq daşımalarda çəkisi 500 qramdan artıq qiymətli məktub, banderol və kiçik paketin saxlanılması (bildiriş yazıldığı gündən 5 gün sonra hər gün üçün) 20 qəpikdir. Bağlamanın saxlanması rüsumu isə (bildiriş yazıldığı gündən 5 gün sonra hər gün üçün) 30 qəpikdir.
Azərbaycan əhalisinin internet vasitəsilə alış-verişinin xeyli dərəcədə çoxalması daxil olan beynəlxalq poçt göndərişlərinin, xüsusilə də kiçik paketlərin sayını artırıb. Son üç ildə beynəlxalq kiçik paketlərin həcmində hər il əvvəlki illə müqayisədə 50 faizdən çox artım müşahidə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerpochtda_elektron_ticaretle_bagli_genis_platforma_hazirlanir-865142

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR