İŞİD indi də su müharibəsi aparır

İŞİD indi də su müharibəsi aparır
03:56 19 İyun 2015
101 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması bu dəfə İraqın dörd şəhərindəki əhalini susuz qoyub.

ANS PRESS-in məlumatına görə, İraq kənd təsərrüfatı və su idarəsi İŞİD silahlılarının iki həftə əvvəl Fərat çayı üzərindəki Ramadi su anbarını bağlaması səbəbilə bir sıra şəhərlərin susuz qaldığını açıqlayıb.

Nəticədə Kərbəla, Babil, Nəcəf və Qadisiya şəhərləri quraqlıqda qalaraq susuzluq problemi yaşayırlar.

Bəzi nümayəndələr Dəclə çayı vasitəsilə ehtiyacları ödəməyə çalışsa da, yenə də susuz qalan bölgələr mövcuddur.

Bundan əlavə, terrorçu təşkilatın Ənbar vilayətindəki Sərsar gölünün olduğu bölgəni də nəzarət altına alaraq, “su müharibəsi” apardığı bildirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=351789

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR