Balakəndə 4 otaqlı ev, Ağdaşda "QAZ" yandı

Balakəndə 4 otaqlı ev, Ağdaşda "QAZ" yandı
04:09 19 İyun 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün axşam saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Balakən rayonu, Meşəşambul kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m sahədə olan birmərtəbəli 4 otaqlı evinin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Ağdaş rayonu, Qolqəti kəndində isə Mingəçevir "Bozdağ" suvarma idarəsinə məxsus "QAZ" markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 1.5 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206290

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR