Yunanıstanda hökumət əleyhinə nümayiş keçirilib

Yunanıstanda hökumət əleyhinə nümayiş keçirilib
04:57 19 İyun 2015
62 Dünya
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 04:53 ]

Bakı-APA. Yunanıstanın Avropa İttifaqında və avrozonada qalmasının tərəfdarları paytaxt Afinada nümayiş keçirib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, “Sintagma” meydanına toplaşan minlərlə insan hökumətin siyasətinə qarşı etirazlarını bildirib.

 

Nümayişçilər "Yunanıstan Avropaya aiddir", "Biz Avropalıyıq" və s. şüarları səsləndirib və Yunanıstan parlamentinin qarşısında Avropa İttifaqının bayrağını qaldırıblar.

 

Nümayişçilər Yunanıstan və Avropa İttifaqı arasında aparılan  danışıqların aqibətindən narahat olduqlarını bildiriblər.  Etiraz aksiyasında müxalif Yeni Demokratiya Partiyasının üzvləri də iştirak edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387738

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR